
İstehsalat Prosesimiz
Yüksək standartlara uyğun keyfiyyətli məhsullar istehsal edirik.

“Vanhong Seramik“ zavodunda beynəlxalq standartlar səviyyəsində müxtəlif dizayn, rəng və ölçülərdə plitələri istehsal olunur:
1ci mərhələdə plitələrin ölçüsü:
- 600 x 600 mm
- 600 x 1200 mm
- 800 x 800 mm
2ci mərhələdə plitələrin ölçüsü:
- 600 x 1500 mm
- 600 x 1200 mm
- 800 x 800 mm

Xammal Bazasız

Seramik plitələrin istehsalında təqribən 33% gil, 22% kvars qumu, kaolin, kalsit və dolomit kimi digər xammal növlərindən istifadə olunur. Abşeron və Gəncə-Qazax iqtisadi rayonları ərazisində kifayət qədər xammal yataqları olduğundan xammala olan tələbatın çox hissəsini yerli xammal və materiallar hesabına ödəyə biləcəyik. Zavodun daxili imkanları hesabına xammal bazasının yaradılması məqsədilə tərəfimizdən geoloji tədqiqatlar aparılmışdır. Artıq seramik plitələrin istehsalında yerli xammala keçmək üçün aparılan geoloji tədqiqat işləri yekunlaşdırılmış və yaxın zamanlarda zavodda 80% yerli xammal bazasından istifadə edilməyə başlanacaqdır.

Məhsul Keyfiyyəti

Bu gün istehsal etdiyimiz məhsullar keyfiyyətli və geniş çeşidli olduğu üçün xarici markalarla müqayisədə onlara tələbat daha da yüksəkdir. “Azərbaycan Vanhong Ceramics Co.” MMC artan tələbatı ödəmək və eyni zamanda istehsal olunan məhsulların ixracını həyata keçirmək üçün yaxın gələcəkdə əlavə sərmayə yatıraraq əlavə seramik plitələr korpusu, həmçinin sanitar qovşağı üçün seramik ləvazimatlar istehsalı zavodunun inşasını planlaşdırır.