image
Pure Simplicity,
Lasting Quality
Elevate your space with the timeless appeal of our premium white ceramics. Vanhong Ceramic Tiles deliver pristine white surfaces with unmatched consistency and durability.
img

Zavod Haqqında

Ən son texnoloqiyalardan istifadə edirik.
img

“AZƏRBAYCAN VANHONG CERAMİCS Co.” MMC 12.07.2021-ci il tarixində dövlət qeydiyyatına alınmışdır və hal-hazırda Sumqayıt Kimya Sənaye Parkının rezidentidir.

Şirkət Azərbaycan Respublikasında keramik məmulatların istehsalı sahəsində fəaliyyət göstərir. Qeyd etmək lazımdır ki, qeyri-neft sektorunun dinamik inkişafı və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər xarici investisiyanın təşviqində mühüm nəticələrin əldə olunmasına gətirib çıxarmışdır.

img

Fərqimiz

img

Xarici investisiya təşviqinin qeyd olunan Strateji Yol Planının fundamental hərəkət istiqamətlərindən biri olduğunu nəzərə alaraq qeyd edirik ki, 100 faiz Çin kapitallı “Azərbaycan Vanhong Ceramics Co.” MMC Sumqayıt Kimya Sənaye Parkının ərazisində investisiya dəyəri 40 milyon ABŞ dolları, illik istehsal gücü 15 milyon m2 olan 75 milyon dollar dəyərində keramik plitələr istehsal edir. Həmçinin bildirmək lazımdır ki, istehsal etdiyi keramik məmulatlarının keyfiyyəti və həcminə görə dünya bazarında xüsusi yer tutan, “Azərbaycan Vanhong Ceramics Co.” MMC-nin təsisçisi olan, Çinin “Wenzhou Wanhong Trading Co.” şirkətinin Çin, Özbəkistan və Səudiyyə Ərəbistanı keramik plitələr istehsal edən zavodları fəaliyyət göstərir. “Azərbaycan Vanhong Ceramics Co.” MMC-yə məxsus keramika məhsullarının istehsalı zavodu vasitəsilə Azərbaycan Respublikası da keramik plitə istehsal edən nəhəng dövlətlərin sırasındadır.

 

“AZƏRBAYCAN VANHONG CERAMİCS Co.” MMC şirkətinin digər istehsal şirkətlərindən fərqliliyi istehsal həcminin yüksək, məhsulların beynəlxalq keyfiyyət standartlarına uyğun olması, ölkədaxili tələbatın ödənilməsi ilə yanaşı, istehsal edilən məhsulların 20 %-nin MDB ölkələrinə ixracı əsas prioritetdir.

Missiyamız
Ən son texnoloqiyalardan istifadə edirik.

Hal-hazırda Azərbaycanda keramika kafelinə olan 23 milyon m2 illik tələbatın 50%-dən çox bir hissəsi xaricdən idxal olunma ilə qarşılanır və bu vəziyyətin “Azərbaycan Vanhong Ceramics Co.” MMC-yə məxsus keramika məhsullarının istehsalı zavodunun fəaliyyətə başlaması ilə kəskin dəyişəcəyi gözlənilir. Belə ki, Şirkətin istehsal edəcəyi məhsulların əsas hissəsinin yerli bazara yönəldilməsi ilə yerli keramika bazarının 50%-dən çoxunun yerli istehsalatın hesabına formalaşacağı nəzərdə tutulur. Şirkət həmçinin istehsal edəcəyi məhsulların 20%-ni MDB ölkələrinə ixrac etməyi planlaşdırır.